“Sumqayıt”ın "Sabah”lıq nə işi var? - FOTOREPORTAJ

7 Noyabr 2019 00:42 Sumqayıt 1 180
“Sumqayıt”ın "Sabah”lıq nə işi var? - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasının 10-cu turunda qarşılaşdığı “Zirə” ilə matçdan sonra bir günlük istirahətə buraxılan “Sumqayıt” artıq “Sabah”la oyun üçün hazırlığa başlayıb. Sportinfo.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında “Kapital Bank Arena"da məşqə çıxıb.

Məşqin ilk yarım saatını fitness zalında keçirən komanda daha sonra isə meydançada toplu çalışmaları yerinə yetirib. Ümumilikdə 1.5 saat davam edən hazırlıq prosesi ikitərəfli oyunla yekunlaşıb.

"Sabah" - "Sumqayıt" qarşılaşması 10 noyabr, saat 16:30-da "Bank Respublika Arena"da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Xəbər Lenti