"Səhvini başa düşməsəydi, mən ona şans verməzdim"

6 Noyabr 2019 22:21 Sumqayıt 605
"Səhvini başa düşməsəydi, mən ona şans verməzdim"

"Bu qayıdış bizə çox lazım idi" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.

O, Aleksey İsayevin düşərigəyə dönməsiylə komandada rəqabətin bir qədər də gücləndiyini bildirib: "Yarımmüdafiə xəttində müəyyən boşluqlarımız varıydı.

Əslində, Alekseyin qayıdışını gözləyirlik. Amma bu, bir qədər uzun çəkdi. Əgər o, vaxtında bura gəlsəydi, inanıram ki, oyunumuz və nəticələrimiz bir qədər də yaxşı olardı. Aleksey orta sahədə oyunumuzu canlandırıb.

Məktəb görmüş futbolçudur. Bizim həqiqətən ona ehtiyacımız var. Oyunu "oxuması", pasları, topu hiss etməsi komandamıza kömək edir. Məncə, İsayev get-gedə yaxşı formaya düşəcək.

Üç həftəyə yaxındır Azərbaycandadır və əvəzedicilərlə 2 oyuna çıxıb. O, indi nəinki oyuna, hər məşqə ayrıca hazırlaşır. Səhvini başa düşməsəydi, mən ona şans verməzlim".

Digər Xəbərlər
Xəbər Lenti