"Sumqayıt"ın suyu niyə kəsilib? - Klubdan açıqlama

6 Noyabr 2019 21:10 Sumqayıt 1 543
"Sumqayıt"ın suyu niyə kəsilib? - Klubdan açıqlama

Dünən saytımızda "Azərsu" ASC-nin 25 min manatlıq borca görə "Sumqayıt"ın su ilə təhcizatını dayandırdığını xəbər vermişdik. Kamran Quliyevin prezidentliyi dövründə yığılıb qalan borcun bir hissəsi ödənilsə də, şirkət "kimyaçılar"a 1 ay vaxt verib. Klub borcu tam bağlamasa, sənədlər inzibati qaydada məhkəməyə göndəriləcək.

Məsələyə aydınlıq gətirmək üçün "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla əlaqə saxladıq. Klub rəsmisi Sportinfo.az-a açıqlamasında problemin borcdan deyil, texniki problemdən qaynaqlandığını söylədi:

"Bizdə borcla bağlı problem yox idi. Problem texniki məsələ ilə bağlı idi. Onu da 24 saat ərzində aradan qaldırdılar və bir gündən sonra akademiyaya, "Kapital Bank Arena"ya su verildi. Yəni, burda hər hansı borcdan söhbət getmir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti