Kamran Quliyev "Sumqayıt"ı 25 min borca salıb

5 Noyabr 2019 20:57 Sumqayıt 960
Kamran Quliyev "Sumqayıt"ı 25 min borca salıb

"Azərsu" ASC "Sumqayıt"ın su ilə təhcizatını dayandırıb. Sportinfo.az-ın məlumatına görə, problem borcdan qaynaqlanır.

Belə ki, "gənclik şəhəri" təmsilçisi sözügedən şirkətə 25 min manat ödəməlidir. Bu Kamran Quliyevin prezidentliyi dövründə yığılıb qalan borcdur.

Onun başı həmin vaxt başqa işlərə qarışdığından, borc məsələsinə səhlənkar yanaşıb və indi bunun əziyyətini keçmiş klubu çəkir. "Azərsu"nun əməkdaşları "Kapital Bank Arena"ya gələrək, sayğacı "blomlayıb".

Şirkət son günlər müəyyən qədər ödəniş edən "Sumqayıt"a vaxt verib. "Kimyaçılar" yaxın 1 ay ərzində borcu tam bağlamasa, sənədlər inzibati qaydada məhkəməyə göndəriləcək.

Digər Xəbərlər
Xəbər Lenti