"İkinci hissədə bir hücum elədilər, onda da qol vurdular"

3 Noyabr 2019 17:45 Sumqayıt 470
"İkinci hissədə bir hücum elədilər, onda da qol vurdular"

"Sumqayıt"ın hücumçusu Peyman Babayi Premyer Liqanın 10-cu turunun "Zirə" ilə səfər oyunundan (2:2) sonra Sportinfo.az saytına müsahibə verib.

- 6-7 real qoz vəziyyətiniz oldu, amma heç-heçəni çətinliklə qazandız. Oyun haqda nə deyə bilərsən?

- Rəqib komandanı təhlil etmişdik. Baş məşqçimiz zəif tərəflərini bizə başa salmışdı. Məşqlərdə bunun üzərində çox işləmişdik. Düzdür, xüsusən ilk hissədə çoxlu qol epizodlarımız oldu, amma istifadə edə bilmədik. Əgər vursaydıq, indi tamam başqa mənzərənin şahidi idik. 4-5 top fərqilə qələbə qazana bilərdik. Futboldur, hər şey düzələcək. İkinci hissədə də ilk yarıda qaçırdığımız imkanları qola çevirməyə çalışdıq, yenə alınmadı. Əvəzində bizi cəzalandırdılar. İkinci hissəyə baxsaz, "Zirə"nin bir hücumu oldu, onda da qol vurdular. Yaxşı ki, yenə özümüzü itirmədik, buraxdığımız qolun əvəzini çıxdıq. Bu oyun artıq keçdi, çalışacağıq ki, "Sabah"la matçdan 3 xalla ayrılaq.

- Təkcə sənin 4 real qol vəziyyətin oldu. Xal itkisinə görə özünü günahlandırmırsan?

- Dünyanın ən yaxşı futbolçularında da belə vəziyyət olur. Kimin qol vurmasından asılı olmayaraq, meydana qələbə qazanmaq üçün çıxmışdıq. 3 xala ehtiyacımız var idi, lakin bacarmadıq. İnşallah, qarşıdakı oyunlarda daha çox qol vurmağa çalışacam.

- Dünyanın ən yaxşı futbolçuları bir yana, rəqib komandada Riçard Qadzenin bir şansı oldu, onda da qol vurdu.

- Ola bilər. Ronadlonun özündə də belə məqamlar olur ki, 3 qol imkanının yalnız birindən yararlanır. Futbolda hər şey ola bilər.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti