Ayxan Abbasov: "Bu gün iki xal itirdik"

3 Noyabr 2019 17:32 Sumqayıt 550
Ayxan Abbasov: "Bu gün iki xal itirdik"

Azərbaycan Premyer Liqasının X turunun "Zirə" - "Sumqayıt" oyunundan (2:2) sonra qonaqların baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, 38 yaşlı mütəxəssis əvvəlcə görüşü dəyərləndirib:

- Bizim üçün əhəmiyyətli oyun idi. Turnir cədvəlində yerimizi itirə bilərdik. Qalib gəlsəydik, irəliləmək imkanımız var idi. Qol epizodlarından istifadə etsəydik, hesab böyük olacaqdı. Rəqib əks hücumda qol vurdu. Əsas odur ki, futbolçular ruhdan düşmədilər. Bu gün iki xal itirdik. Qarşıdakı oyunlara hazırlaşacağıq. Rəqibin başqa sxemdə oynamasını gözləyirdik. Onlara uğurlar arzulayıram.

- Komandanın düşərgəsini icazəsiz tərk edən Aleksey İsayev uzun fasilədən sonra start heyətində meydana çıxdı. Onun oyununu necə dəyərləndirirsiniz?

- Onu əvəzedici heyətə göndərmişdik. Amma izləyirdik. Çox istəklidir. Mənə dedi ki, hər şeyi unutmuşam və yaxşı oynamaq istəyirəm. Düzdür, tam formada deyil. İsayevi 60-65 dəqiqə meydanda saxlamaq istəyirdim. Heç bir oyunçudan şikayətim yoxdur. Hamısından razıyam. İkinci yarıda daha çox qol epizodumuz oldu. Rəqib ilk yarıda bizi təhlil etdi. Sonra istədiyimiz oyunu sərgiləyə bilmədik. Hücumlar yaxşı alınmadı. Birinci hissədə gümrah idik və hücumlar daha təhlükəli olurdu.

- Peyman Babayi penaltidən fərqlənsə də, qol şanslarını əldən verdi.

- Babayi hər oyunda qol epizodu yarada bilər. Bu gün qol imkanlarından istifadə edə bilmədi. Amma istəklidir. Komandaya gələndən sonra çox artırıb. Bunu hamı görür.

Digər Xəbərlər
Xəbər Lenti