COP29

"Neftçi" ilə oyundan sonra gördüm ki, necə məyusdular"

1 Noyabr 2019 23:00 Sumqayıt 638
"Neftçi" ilə oyundan sonra gördüm ki, necə məyusdular"

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov azarkeşlərlə görüşüb. Bu barədə Sportinfo.az-a çalışdırıcının özü məlumat verib.

Abbasovun sözlərinə görə, o, fanatlardan komandaya münasibətdə səbrli davranmalarını istəyib: "Evdə heç bir rəqibə uduzmaq istəmirik. Belə olanda, bu, bizə də, azarkeşlərimizə də pis təsir edir.

Onlar ən çətin vaxtımızda komandanın yanında olublar, dəstək veriblər. Azarkeşləri yaxşı başa düşürəm, vaxtaşırı görüşürük, söhbətləşirik.

"Neftç" ilə oyundan sonra gördüm ki, necə məyusdular. Dedim, səbrli olun. Hər şey bir oyunla qurtarmır. Gənc komandayıq. Həqiqətən "Sumqayıt"ın gələcəyi var. Futbolçularımız günü-gündən inkişaf edir.

Əlbəttə, onu da bilirik ki, nəticə önəmlidir. O da birdən-böirə gəlmir. Azarkeşlərə dedim ki, komandamız daha yaxşı olacaq. Sumqayıtda futbolu hədsiz sevirlər. Onların qarışısında çıxış etmək məsuliyyətlidir.

Hamı biliməlidir ki, hazırda əlimizdəki "material" budur və onunla sonadək çempionatda vuruşacağıq. Təslim olmamıişıq və heç vaxt da olmayacağıq. Amma belə rəqiblərlə bizə çətindir.

Ötən oyun tam başqa cür də qurtara bilərdi. Sadəcə, biz rəqibdən çəkinmədik. sumqayıtlılardan xahişim odur ki, indi bizi tək buraxmasınlar".

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!