"Sumqayıt"da yeni tribuna və fan-şop

1 Noyabr 2019 15:47 Sumqayıt 1 530
"Sumqayıt"da yeni tribuna və fan-şop

"Sumqayıt" gələn ay "Kapital Bank Arena"da təmir işlərinə başlayacaq. Sportinfo.az xəbər verir ki, bu haqda klubun prezidenti Riad Rəfiyev məlumat verib. Hazırda tablo olan istiqamətdə yeni tribunanın tikintisi nəzərdə tutulur.

"Kapital Bank Arena"nın tamaşaçı tutumu 1326 nəfərdir. Bu səbəbdən də bir çox matçlarda azarkeşlər oyunu ayaqüstə izləmək məcburiyyətində qalırlar.

Yeni tribunada kafe və klubun fan-şopunun açılması da nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə