Həftənin qapıçısı: "Özüm üçün də gözlənilməz oldu"

1 Noyabr 2019 12:30 Sumqayıt 605
Həftənin qapıçısı: "Özüm üçün də gözlənilməz oldu"

"Sumqayıt"ın qolkiperi Mehdi Cənnətov Sportinfo.az-a müsahibə verib:

- Premyer Liqanın 9-cu turunda “Neftçi”yə uduzdunuz. Halbuki hesabı erkən açmışdınız...
- "Neftçi" "Qarabağ"la eyni səviyyədə olan komandadır. Onlara qarşı oynamaq hər zaman çətin idi. Bu cür komandalara qarşı oynamaq sadəcə, zövq verir.

- Komandanız bir matç qalib gəlir, o biri görüşdə uduzur. Stabil çıxış etməyinizə mane olan nədir?
- Məncə, biz meydanda pis görünmürük, yaxşı oynayırıq. Sadəcə, qalib gəlmək hər zaman alınmır. Futboldur da, hərdən alınır, hərdən yox.

- İki gün sonra “Zirə” ilə qarşılaşacaqsınız. Səfərdə onları məğlub etmək mümkün olacaq?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Kim oyuna daha yaxşı hazırlaşacaq, istəklə oynayacaq, o da qalib gələcək.

- Turnir cədvəlinin beşinci pilləsində olmağınız sizi razı salır?
- Mən ümumiyyətlə, turnir cədvəlinə baxmıram. Bilirsiz, cədvələ baxmaq hərdən işimizə mane olur. Meydana çıxaraq öz işimizi etməliyik. Mövsüm sonunda baxacağıq.

- Premyer Liqanın 9-cu turunda dörd qol buraxıb, uduzsanız da "İnstat" şirkəti səni turun qapıçısı seçib. Gözlənilməz olmadı?
- Düzünü deyim, gözlənilməz idi. Bu haqda düşünməməyə çalışıram. “Neftçi” ilə oyunu qalib başa vursaydıq daha xoş olardı.

- Azərbaycan milli komandasının Bəhreyn və Macarıstanla oyununa dəvət edilmişdin. Səncə, bu sənin daha yaxşı kluba keçməyinə kömək edə bilər?
- Azərbaycan millisinə düşməyə hər zamna çalışıram. Bu böyük məsuliyyətdir. İndi isə əsasən “Sumqayıt”dakı oyunlarıma köklənirəm. Gələcəkdə necə olacağını isə zaman göstərəcək.

- Necə düşünürsən, Uesl və Slovakiya ilə görüşlərə dəvət alacaqsan?
- Milliyə yenidən dəvət almağım özümdən asılıdır. Bunun üçün maksimum gücümlə çalışacam.

Mir BAĞIR

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!