Özbaşınalıq etdi, bağışlandı, indi yenə də… - FOTOLAR

31 Oktyabr 2019 09:09 Sumqayıt 967
Özbaşınalıq etdi, bağışlandı, indi yenə də… - FOTOLAR

Azərbaycan Premyer Liqasının 9-cu turunda “Neftçi” ilə qarşılaşan “Sumqayıt” bir günlük istirahətin ardından “Zirə” ilə qarşılaşmanın hazırlığına start verib.

Sportinfo.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında “Kapital Bank Arena”da məşqə çıxıb.

Yüngül qaçışla başlayan məşqdə daha sonra fiziki çalışmalara yer verilib. Toplu hərəkətlərin ardınca isə hazırlığa ikitərəfli oyunla yekun vurulub.

Beş aylıq fasilədən sonra kluba dönən Aleksey İsayev ilk dəfə əsas heyət üzvləriylə bərabər məşqə çıxıb. Ayxan Abbasov son 10 günü əvəzedici komandada keçirən yarımmüdafiəçini artıq əsas komandaya daxil edib.

"Zirə” – “Sumqayıt” qarşılaşması noyabrın 3-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcəck. Saat 15:00-da start veriləcək matç "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti