Ayxan Abbasov: "Onlara qarşı belə səhvlər etmək olmaz"

27 Oktyabr 2019 19:48 Sumqayıt 623
Ayxan Abbasov: "Onlara qarşı belə səhvlər etmək olmaz"

Azərbaycan Premyer Liqasında IX turun “Sumqayıt” – “Neftçi” (2:4) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı. Sportinfo.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirdi:

- “Neftçi”ni təhlil etmişdik. Son vaxtlar yaxşı formada olduqlarını bilirdik. Ən çox da hücum xətti çox güclüdü. Onlara qarşı belə səhvlər etmək olmaz. İlk dəqiqələrdə qol vurduq, ancaq hissənin sonuna qədər hesabda geri düşdük. Diqqətsizlikdən qollar buraxdıq. Fasilədən sonra nəyisə dəyişmək istədik, yenə qapımızda qollar gördük. Qış fasiləsinə kimi belə davam edəcəyik. Çempionat ağır keçir. Növbəti oyunlara hazırlaşacağıq.

- Matçdan sonra azarkeşlərlə söhbətiniz oldu. Nə danışırdız?
- Məğlubiyyət onlara pis təsir edib. Azarkeşləri başa düşürəm və səbrli olmağa çağırıram. Çalışacağıq ki, növbəti oyunlarda onları sevindirək.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı