"Sumqayıt"dan "Neftçi" üçün tədarük - FOTOREPORTAJ

26 Oktyabr 2019 10:10 Sumqayıt 599
"Sumqayıt"dan "Neftçi" üçün tədarük - FOTOREPORTAJ

Premyer Liqanın 9-cu turunda “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” oyunun hazırlıqlarına start verib. Sportinfo.az xəbər verir ki, komanda Ayxan Abbasovun rəhbərliyi altında “Kapital Bank Arena”nın ehtiyat meydançasında məşqə çıxıb.
Məşqin ilk 25 dəqiqəsi fiziki hazırlıq hərəkətləri ilə keçirilib. Daha sonra isə müxtəlif toplu çalışmalar olunub. 1.5 saat davam edən məşqə ikitərəfli oyunla yekun vurulub.
“Sumqayıt” – “Neftçi” qarşılaşması 27 oktyabr, saat 17:30-da “Kapital Bank Arena”da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Xəbər Lenti