"Sumqayıt" İsayevə cəza verəcək? - KLUBDAN AÇIQLAMA

19 Oktyabr 2019 16:20 Sumqayıt 630
"Sumqayıt" İsayevə cəza verəcək? - KLUBDAN AÇIQLAMA

"Aleksey özü bizə müraciət etdi, hərəkətinə görə peşmançılığını bildirdi. Qərar verərkən milli komandanın mənafeyini də düşündük".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.

Ötən mövsümün sonunda "Sumqayıt"ın düşərgəsini tərk edən Aleksey İsayev yenidən "gənclik şəhəri" təmsilçisinə qayıdıb. Məmmədov intizamsızlıq edən 23 yaşlı futbolçunu, cəza olaraq, əvəzedici heyətə göndərdiklərini bildirib:

"Futbolçunın adını bu gün əvəzedici komandanın "Turan Tovuz"la oyununda heyətə salmışıq. Cəza olaraq, hələlik ikinci komandada məşq edəcək, oynayacaq. Əsas komandaya qaytarılıb-qaytarılmayacağına isə baş məşqçi Ayxan Abbasov qərar verəcək. Başqa cəza veriləcək? Bu, klubun daxili məsələsidir. İntizam kodekslərinə uyğun addım atılacaq. O ki qaldı FİFA-ya etdiyimiz müraciətə, futbolçu düşərgəyə qayıtdığı üçün şikayət avtomatik qüvvədən düşəcək".

Digər Xəbərlər
Xəbər Lenti