"Etdiyim hərəkətə görə peşmanam, anlaşılmazlıq olmuşdu" - ALEKSEY İSAYEV

19 Oktyabr 2019 14:33 Sumqayıt 725
"Etdiyim hərəkətə görə peşmanam, anlaşılmazlıq olmuşdu" - ALEKSEY İSAYEV

"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksey İsayevin düşərgəyə qoşulduğunu dünən diqqətinizə çatdırmışdıq.

Sportinfo.az xəbər verir ki, İsayev klubun rəsmi saytına fikirlərini bölüşüb, peşmanlıq hissini bildirib.

"Etdiyim hərəkətə görə peşmanam. Düşünürəm ki, klubla aramda anlaşılmazlıq olmuşdu. Öz oyunumla baş verənləri unutdurmağa çalışacam. Futbol mənim həyatımdır, bu səbəbdən hərşeyi unutmaq istəyirəm. Baş verənlərə görə "Sumqayıt" ailəsindən üzr istəyirəm. Klub rəhbərliyi və məşqçi heyətinə məni anlayışla qarşıladığına görə təşəkkür edirəm. Əvvəlki formamı bərpa edib yenidən komandama kömək etməyə çalışacam".

Xəbər Lenti