Yığmamızın futbolçusu cəzadan qorxdu, klubuna döndü

19 Oktyabr 2019 10:38 Sumqayıt 1 045
Yığmamızın futbolçusu cəzadan qorxdu, klubuna döndü

Millimizin üzvü Aleksey İsayevin aylardır davam edən probleminə aydınlıq gəlib. Sportinfo.az-ın məlumatına görə, yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu «Sumqayıt»ın düşərgəsinə dönüb.

«Kimyaçılar»la sözləşməsi gələn ilin yayında başa çatacaq 24 yaşlı futbolçu klub rəhbərliyi ilə görüşüb. Maydan bəri yaşıl meydanlaprdan kənar qalan İsayev hazırda ideal formadan uzaqdır və bu səbəbdən bir müddət əvəzedici heyətin sıralarında yer alacaq. Onun bu gün «Sumqayıt-2»nin tərkibində «Turan Tovuz»la I Divizion matçına çıxması gözlənilir.

Aleksey ötən mövsüm başa çatandan sonra ailəsinin yanına – Rusiyaya yollanmışdı. Fikri doğuldu ölkədə karyerasını davam etdirmək idi. Yetirməsi olduğu «Yenisey»lə yenidən anlaşan oyunçu ümid edirdi ki, «Sumqayıt»dan rahatlıqla ayrılacaq.

Gözləntiləri doğrulmadı. «Gənclik şəhəri» təmsilçisi İsayevə 100 min manat transfer qiyməti qoydu. Bu məbləğə isə nə «Yenisey», nə «Neftçi», nə də digər müştərilər yaxın gəldi.

Yarımmüdafiəçi ötən müddət ərzində düşərgəyə dönməkdən imtina edincə, klub maaşının ödənilməsini dayandırdı. Ondan öncə AFFA-ya, ardınca FİFA-ya şikayət ərizəsi ünvanlandı.

Prosesin gedişi İsayevə xoşbəxt sonluq vəd etmirdi – cəza alacağı, belədə minimum 2 il yaşıl sahələrdən uzaq qalacağı şübhə doğurmurdu. Odur ki, gec də olsa, daşı ətəyindən tökdü və geri dönmək məcburiyyətində qaldı.

Digər Xəbərlər
Xəbər Lenti