Samir Abasov transfer istəməyib, mənmi istəyəcəm?

7 Fevral 11:20 Sumqayıt 1 660
Samir Abasov transfer istəməyib, mənmi istəyəcəm?

«Sumqayıt»ın builki arzusu iki illik aradan sonra avrozonaya qayıtmaqdır.

Samir Abasovun diləyi də bu istiqamətdədir – «Sumqayıt»lai lk dəfə Biləcəridən o tərəfə getmək.

Bu yolla irəliləmək asan deyil, marafon uzundur. Bu yolun enişi var, yoxuşu, dərə-təpəsii var.

Şər deməsən, xeyir sənə tərəf yürüməz - işdir-şayəd, Samir Abasov kamına yetişməsə, «Sumqayıt»da qalmayacaq. O, yaxınlarda oxu atıb, yayı isə hələ gizlətməyib.

Düzü düzünə deyib ki, əgər komanda liderlər qrupunu tərk eləsə, səbəbi oyunçu çatışmazlığı olacaq. Bunu elə-belə, sözgəlişi atmaca kimi görənlər yanılır, deməli, Abasovu tanımır.

Tanımırsız, tanıyarsız, qoy, yaz fəsilinə yaxınlaşaq, yayın ipini çəkək, baxarsız.

Hələlik «Sumqayıt»da həyat öz axarıyla davam edir. Sumqayıtın ən böyük stadionunun açılışında «varlığa nə darlıq» deyib sinəsinə döyən «Neftçi»ni suyu süzülə-süzülə Bakıya yola saldılar.

Bu, ən yeni tarixdir və sözsüz ki, ən yeni tarixi yazanlar tarixi klub üzərində qələbəsini həmişə təmtəraqla qeyd edəcək, xatırlayacaq.

Bu çağdaş zəfərə imza atanların həqiqətən də avrokuboklara vəsiqə qazanmağa mənəvi haqqı çatır.

Baxımlı oyun və qələbə əzmi ilə 3 xalı «Neftçi»dən aldılar, indi də turnir cədvəlində ikincidirlər.

«Sumqayıt»ın futbolu buyerlərə yaraşır, gerçəkdən Samir Abasovun dili var, dilçəyi də var. Yeni transferlər istəyir, əcəb istəyir.

Məhdud sayda futbolçu bloku ilə 21 turluq yüksəliş mərhələsi keçən baş məşqçi də transfer istəməyib, mənmi istəyəcəm?

MUSA

Digər Xəbərlər
Xəbər Lenti