"Neftçi"nin yolunu gözləyən "Sumqayıt"dan MARAQLI SATIŞ AÇIQLAMASI

31 Yanvar 11:20 Sumqayıt 1 223
"Neftçi"nin yolunu gözləyən "Sumqayıt"dan MARAQLI SATIŞ AÇIQLAMASI

Premyer Liqanın XXI turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Neftçi" oyununun biletləri satışa çıxarılıb.

Bu barədə Sportinfo.az-a "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib.

Onun bildirdiyinə görə, biletlər dünəndən etibarən "iticket.az" saytından, həmçinin Sumqayıtda yerləşən 1 saylı "ASAN Xidmət"dən əldə etmək mümkündür.

Matça 3 gün qalmış stadionun yaxınlığında fəaliyyət göstərəcək kassadan da satış həyata keçiriləcək:

"Stadionun tutumu 10 min nəfərə yaxındır. Doquz min ədəddən bir qədər artıq bileti satışa çıxarmışıq.

İlkin təəssüratım odur ki, onlayn satış yaxşı gedir. Yəqin ki, fevralın 4-də stadion dolacaq.

Şəhərdə bu qarşılaşmaya maraq böyükdür. Həmin gün azarkeşlərin stadiona rahat şəkildə daxil olması üçün lazımı şərait yaratmışıq.

İki qapıdan içəri giriş təmin ediləcək. Daha sonra bileti satışını həyata keçirəcək məntəqələrini çoxaldacağıq".

"Sumqayıt" Azərbaycan Premyer Liqasının XXI turunda "Neftçi"ni məhz bu arenada qəbul edəcək. Fevralın 4-də keçiriləcək görüş saat 15:00-da başlayacaq.

Qarşılaşmadan bir saat əvvəl konsert proqramı təşkil ediləcək. Bu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk oyun olacaq.

Digər Xəbərlər
Xəbər Lenti