"Başda Samir Abasov olmaqla, hamı dərk edir ki..."

31 Yanvar 08:20 Sumqayıt 613
"Başda Samir Abasov olmaqla, hamı dərk edir ki..."

Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, sözügedən mərhələdə iştirak edən komandalardan biri də "Sumqayıt”dır.

Samir Abasovun rəhbərlik etdiyi kollektiv bu gün "Kapital Bank Arena”da "Neftçi”ni qəbul edəcək.

"Gənclik Şəhəri” təmsilçisinin üzvü Rövlan Muradov qaynarinfo-ya açıqlama verib. O, həm sabah baş tutacaq kubok matçına hazırlıq, həm də komandasının durumu haqqında danışıb:

"Fasilə bizim üçün yaxşı keçdi. Sadəcə, komanda şəklində oyumuzu hələ tam göstərə bilmədiyimizi düşünürəm.

Ümid edirəm ki, oyundan-oyuna daha da yaxşılaşacaq və ilk dövrədəkindən də yaxşı "Sumqayıt” görərik”.

Muradov komandasının üçüncü pillədəki mövqeyinə də münasibətini bildirib:

"Hər oyunda maksimum qələbə qazanmaq istəyirik. Meydana xal və xallar üçün çıxırıq. Hansı şəhərin komandasını, klubunu təmsil etdiyimizi bilirik.

Ona görə də yuxarı pillələrdə qalmaq üçün sona qədər mübarizə aparmaq istəyirik.

Başda baş məşqçimiz olmaqla hamı nə üçün mübarizə apardığımızı dərk edir. Bu, komanda birliyi, ailə olmağımıza səbəb ola bilər”.

O, əcnəbilərin komandaya nə dərəcədə uyğunlaşıb-uyğunlaşmadığı haqda sualı belə cavablandırıb:

"Əcnəbilərin nə dərəcədə uyğunlaşdığını məşqçimiz deyə bilər. Biz əlimizdən gələni etməyə, məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq”.

Rövlan sabahkı kubok oyununa ciddi şəkildə hazırlaşdıqlarını deyib:

"Düzdür, vaxt az oldu. Bilirdik ki, "Neftçi” ilə ağır oyuna çıxacağıq. Ümid edirəm ki, ev oyunumuzda nəticə qazana bilərik".

Digər Xəbərlər
Xəbər Lenti