"Futbolçulara bəzi tapşırıqlar verilmişdi ki…" - FOTOLAR

13 Oktyabr 2019 10:38 Sumqayıt 566
"Futbolçulara bəzi tapşırıqlar verilmişdi ki…" -  FOTOLAR

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama oyunu keçirib. Sportinfo.az xəbər verir ki, “kimyaçılar“ “Azersun Arena”nın ehtiyat meydançasında “Qarabağ”la üz-üzə gəlib.

Ayxan Abbasovun komandası 24-cü dəqiqədə hesabı açıb. Belə ki, İlqar Qurbanovun dəqiq zərbəsi qolla nəticələnib. 30-cu dəqiqədə Ağdam təmsilçisi Maqaye Qeye ilə hesabı bərabərləşdirməyə nail olub və görüş 1:1 yekunlaşıb.

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov yoxlama oyunu haqda klubun saytına bunları deyib: “Yoxlama oyunu keçirməkdə əsas məqsədimiz bütün komandanı iş başında görmək idi. Oyun yaxşı keçdi.

Ağır məşqlərdən sonra yoxlama oyununun vacib olduğunu düşünürəm. Futbolçulara bəzi tapşırıqlar verilmişdi. Ona görə də hər iki hissəni demək olar ki, fərqli heyətlə keçirdik. Ümumilikdə komandanın oyunundan razı qaldım. Gələn həftədən etibarən “Səbail”lə oyunun hazırlıqlarına başlayacağıq”.

“Sumqayıt” – “Qarabağ” 1:1
Qollar:
İlqar Qurbanov, 24 – Maqaye Geye, 30.

“Sumqayıt”ın əsas heyəti: 13.Aydın Bayramov, 3.Vurğun Hüseynov (k), 5.Cəmaləddin Xocaniyazov, 6.Vüqar Mustafayev, 9.Amil Yunanov, 10.Əmir Ağayev, 14.Elvin Bədəlov, 22.Sərtan Taşqın, 50.İlqar Qurbanov, 90.Rəhim Sadıxov, 97.Xəyal Nəcəfov.
Meydana sonradan daxil olanlar: 2.Rail Məlikov, 7.Ehtiram Şahverdiyev, 8.Peyman Babayi, 11.Elgün Nəbiyev, 16.Fuad Bayramov, 25.Baxşəli Baxşəliyev, 49.İbrahim Əliyev, 70.Mehdi Şərifi

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"