“Sumqayıt”da 1,5 saat - FOTOLAR

12 Oktyabr 2019 09:28 Sumqayıt 517
“Sumqayıt”da 1,5 saat - FOTOLAR

7-ci turda “Keşlə” ilə qarşılaşmadan sonra 3 günlük istirahətə buraxılan “Sumqayıt” hazırlıqları bərpa edib. Sportinfo.az xəbər verir ki, komanda Ayxan Abbasovun rəhbərliyi altında növbəti məşqini keçirib.

Milli komandalarda olan futbolçular - Mehdi Cənnətov, Şəhriyar Əliyev, Nicat Mehbalıyev, Səbuhi Abdullazadə, Süleyman Əhmədov, Elvin Cəfərquliyev və Rüfət Abdullazadə məşqdə iştirak etməyib. Zədəsini sağaldan Murad Xaçayev isə fərdi çalışma ilə kifayətlənib.

1.5 saat davam edən hazırlıq prosesinin ilk yarım saatında fitness zalında fiziki çalışmalar yerinə yetirilib. Məşqin ikinci hissəsi isə meydançada toplu hərəkətlərlə davam edib. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədə “Sumqayıt” yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqibin kimliyi barədə klubun rəsmi saytında məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti