Belarusda "Sumqayıt"ın futbolçusunu xatırlayırlar

10 Oktyabr 2019 15:58 Sumqayıt 549
Belarusda "Sumqayıt"ın futbolçusunu xatırlayırlar

BATE-nin baş məşqçisi Aleksey Baqa ötən ay "Sumqayıt"la müqavilə bağlayan Cəmaləddin Xocaniyazovla maraqlanıb. Bu barədə Sportinfo.az-a "Səbail"in baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

Hazırda Borisov klubunun düşərgəsində olan mütəxəssis həmkarının ondan 26 yaşlı sol cinah müdafiəçisi haqda soruşduğunu bildirib:

"Mənə sual verdilər ki, Cəmaləddin "Sumqayıti"da oynayırmı? "Bəli, daim əsas heyətdədir" cavabı verdim. Mənə dedilər ki, o, yaxşı futbolçudur, sadəcə, BATE-də əsas heyətə düşmək uğrunda rəqabət güclü olduğundan, az şans qazandı".

Xəbər Lenti