"Neftçi"nin futbolçusu yunan klubunun hədəfində

8 Oktyabr 2019 18:17 Sumqayıt 1 213
"Neftçi"nin futbolçusu yunan klubunun hədəfində

“Neftçi”nin futbolçusu Vangelis Platellas Yunanıstana qayıda bilər.

Sportinfo.az-a etibarlı mənbədən daxil olan məlumata görə, yunan futbolçuya ölkəsindən təkliflər az deyil. “Neftçi” ilə müqaviləsi gələn ilin iyun ayında başa çatacaq Platellasın xidmətində maraqlı olanlar arasında ən çox canfəşanlıq göstərən “Lamiya” klubudur. Yunanıstan Superliqasında aşağı pillələrdə qərarlaşan klub Platellası heyətinə qatmaq istəyir. 30 yaşlı futbolçunu heyətinə qatmaq istəyən digər klub isə sabiq komandası olan “Ksanti”dir. Onun əvvəllər formasını geyindiyi kluba, yoxsa “Lamiya”ya keçəcəyi danışıqlardan sonra bilinəcək.

Digər Xəbərlər
Xəbər Lenti