Yığmamızın müdafiəçisi: "Fransadan qorxmuruq"

7 Oktyabr 2019 18:28 Sumqayıt 584
Yığmamızın müdafiəçisi: "Fransadan qorxmuruq"

"İlk dövrədə 7 xal topladıq. Daha çox xal qazanmaq olardı. Bəzi oyunlarda yaxşı oynasaq da, nəticə bizim üçün yaxşı olmamışdı". Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt” və 21 yaşlılardan ibarət yığma komandamızın müdafiəçisi Süleyman Əhmədov deyib.

Gənc müdafiəçi “kimyaçılar”ın cari mövsüm avrokuboklara vəsiqə qazanmaq üçün oynadıqlarını söyləyib: “Bacardığımız qədər hər oyunda yaxşı çıxış edib, xallar qazanmağa çalışırıq. Hər bir komanda kimi biz də avrokuboklarda iştirak etmək istəyirik. Hər oyuna istəkli, döyüşkən çıxıb xallar qazanmağa çalışacağıq”.

U-21 yığma komandamıza dəvət edilən Əhmədov Fransa və İsveçrəyə qarşı keçirəcəkləri oyun haqda isə bunları deyib: “Fransa çox güclü komandadır. Bizi səfərdə çətin və maraqlı oyun gözləyir. İstənilən halda Fransadan qorxmuruq, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

Həm Fransa, həm də İsveçrə ilə oyun bizim üçün önəmlidir. Çətin Fransa səfərindən sonra İsveçrəni qəbul edəcəyik. Hər iki oyuna ciddi yanaşıb qrupdakı xalımızı artırmağa çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti