Ayxan Abbasov: "Bir xal uşaqları ruhdan salmamalıdır"

5 Oktyabr 2019 19:29 Sumqayıt 698
Ayxan Abbasov: "Bir xal uşaqları ruhdan salmamalıdır"

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 7-ci turu çərçivəsində "Keşlə"yə (0:0) qarşı keçirilən görüşdən sonra mətbuat konfransında çıxış edib.

Sportinfo.az xəbər verir ki, Abbasov qələbə qazana bilməsələr də, futbolçularının ruhdan düşməməli olduğunu bildirib:

"İlk növbədə müəllimləri peşə bayramı münasibəti ilə klubumuz adından təbrik edirik. Oyuna gəlincə, “Keşlə”nin gücünü bilirdik. “Qarabağ”dan sonra ən az qol buraxan və ən çox qol vuran komandadı. Oyunçularımdan razı qaldım. Onların da qol vurmaq şansı var idi, bizim də. Bir qol oyunun taleyini həll edə bilərdi. Yuxarı sıralarla fərq böyük deyil, fasilədən sonra mübarizəni davam etdirəcəyik. Bu 1 xal uşaqları ruhdan salmamalıdır.

Oyun gərgin keçirdi. Belədə, əvəzetmə etmək yersiz olardı. Meydandakı futbolçulardan da razı idim. Buna görə də tələsmirdik".

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə