Riad Rəfiyev: "İsayevdən FİFA-ya şikayət etmişik"

5 Oktyabr 2019 19:12 Sumqayıt 740
Riad Rəfiyev: "İsayevdən FİFA-ya şikayət etmişik"

"Sumqayıt"ın prezidenti Riad Rəfiyev Sportinfo.az-a müsahibə verib:

- Bu gün "Keşlə"yə qarşı keçirdiyiniz oyundan sonra komandanız üçün birinci dövrəyə yekun vuruldu. Komandanın ilk dövrədəki çıxışını necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, daha yaxşı mövqedə olmaq istəyərdik. Hazırda altıncı pillədəyik. Premyer Liqada sabah da oyunlar var, bilmirəm hesablar necə olacaq. Ola bilər hətta yeddinci pilləyə kimi düşdük. Deyə bilmərəm ki, ilk dövrədəki çıxışımız yaxşı və ya pisdir. Amma əlbəttə ki, daha yüksək pillələrdə olmaq istəyərdik. Potensialımız buna imkan verir.

- Bəs istədiyiniz pillədə olmağınıza nə mane olur?
- Nəsə alınmır, demək ki, hardasa nəyisə düzgün etmirik. Məhz buna görə də yuxarı pillələrdə deyilik.

- Yəni oyununuzu nəzərdə tutursunuz?
- Başqa nə barədə ola bilərki?

- Uzun müddətdir ki, düşərgədə yer almayan Aleksey İsayev məsələsi çox müzakirə edilir. Hazırda məsələ nə yerdədir?
- Alekseyin bizimlə müqaviləsi var. Əgər hansısa klubla müqavilə imzalamaq istəyirsə, "Sumqayıt"a pul ödəməlidir. Əks halda öz klubuna qayıtmalıdır.

- AFFA-ya müraciət etdiyinizi bilirik. FİFA-ya nə vaxt şikayət etməyi düşünürsünüz?
- Artıq FİFA-ya şikayət etmişik.

- Qurumdan cavab gəlib?
- Hələ tezdir. Normalda cavabın gəlməsi 2-3 həftə çəkir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"