"Səhvlər etməsəydik, xalımız daha çox olardı" - MÜSAHİBƏ

4 Oktyabr 2019 10:27 Sumqayıt 562
"Səhvlər etməsəydik, xalımız daha çox olardı" - MÜSAHİBƏ

“Sumqayıt”ın hücumçusu Peyman Babayi Sportinfo.az saytına müsahibə verib:

- “Sumqayıt” Premyer Liqanın son turunda “Qarabağ”a uduzdu. Səncə, məğlubiyyətinizə əsas səbəb nə oldu?
- “Qarabağ” bizimlə oyuna qədər bütün oyunlarda qalib gəlmişdi. Oyuna çox yaxşı hazırlaşmışdıq. Taktiki cəhətdən ən yaxşı oyunlarımızdan birini oynadıq. “Qarabağ” səhv bağışlamayan komandadır. Birinci hissə çox yaxşı oynadıq. Hücumlar daha çox edə bilərdik. Amma “Qarabağ” da bizi yaxşı analiz etmişdi. 45-ci dəqiqəyə kimi nə onlarda, nə də bizdə qol epizodu var idi. İlk yarının sonlarında səhv etdik və qol buraxdıq. Birinci hissə qol buraxmasaydıq ikinci yarıya daha yaxşı başlayardıq və hər şey yaxşı olardı. “Qarabağ” ilk yarıda öndə çox təzyiq etmişdi deyə, 60-cı dəqiqədən sonra hamısı yorulmuşdu. Biz də yaxşı hücumlar etdik. İstənilən halda “Sumqayıt” yaxşı futbol oynadı. 3-4 gənc oyunçularımız var ki, zamanla təcrübə qazanacaqlar.

- Yəni demək istəyirsən ki, oyundan öncə “Qarabağ”dan xal alacağınıza inanırdınız?
-
Əlbəttə ki, xal götürə bilərdik. Amma öz səhvlərimizdən qollar buraxdıq. Bu həftə də səhvlərimiz üzərində işləmişik.

- İki gün sonra “Keşlə” ilə qarşılaşacaqsınız. “Sumqayıt”ın qələbə qazanmaq şanslarını necə dəyərləndirirsən?
- Bizim üçün hər oyun final ola bilər. “Keşlə”yə qarşı da yaxşı oyun olacaq. Onlar xal qazanmaq istəyəcək. Çalışırıq ki, bu turda yaxşı nəticə qazanaq. Hazırlıqlarımız da yaxşı gedir. “Keşlə”nin zəif və güclü tərəfləri üzərində işləmişik. Öz azarkeşlərimizin qarşısında üç xalı qazanmaq istəyirik.

- "Keşlə” hazırda turnir cədvəlinin üçüncü pilləsindədir. Rəqib haqda hansı fikirdəsən?
- "Keşlə”nin indi 10 xalı var. Biz də çox xal toplaya bilərdik. Səhvlər etməsəydik, xallarımız daha çox olardı. Amma səhvlər etdik deyə, xallar itirdik. Yoxsa, indi ikinci və ya üçüncü yerlərdəydik. Bütün komandalar güclüdü, hamısında tam gücümüzlə mübarizə aparırıq.

- "Sumqayıt”ın bu mövsümki məqsədi avrokuboklardır?
- Hələ 6 tur geridə qalıb. Gələcəkdə “Sumqayıt” üçün daha yaxşı olacaq. Ayxan Abbasov və klub prezidentinin bizimlə söhbəti olub. “Qəbələ”ni məğlub etdikdən sonra uğurlu çıxışı davam etdirsəydik, indi özümüz ikinci pillədəydik. Məncə, çox yaxşı oyun oynayırıq. Bura kimi öz səhvlərimizdən xal itirmişik. Bir-birimizə dəstək olub, mövsümün sonunda ən yaxşı yerdə olmağa çalışacağıq.

- Tez-tez adın milli komanda ilə hallanırdı, yığma üçün “Sumqayıt”a dəvət edildiyin deyilirdi. Amma hələ ki, yığmada deyilsən. Gələcəkdə milliyə dəvət olunacağına inanırsan?
- İndi bütün fikrim əsasən “Sumqayıt”da yaxşı oynamağa yönəlib. İndi tam hazır deyiləm. Çünki zədədən yeni ayrılmışam. “Sumqayıt”a xeyir vermək haqda düşünürəm. Yaxşı oynasam, komandamız uğurlu çıxış etsə, Nikola Yurçeviç bizə də diqqət yetirər.

Digər Xəbərlər
Xəbər Lenti