"Ümidləri doğrultsa, yanvarda müqavilə bağlanacaq"

4 Oktyabr 2019 10:55 Sumqayıt 688
"Ümidləri doğrultsa, yanvarda müqavilə bağlanacaq"

İzzət Məmmədov saytımıza "Sumqayıt"la iki illik müqavilə bağladığını demişdi.

Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Sportinfo.az-a açıqlamasında "Yenisey"in azərbaycanlı futbolçusunun hazırda əvəzedicilərin düşərgəsində olduğunu təsdiqləyib. Onun sözlərinə görə, gənc oyunçu qışa qədər baxışda olacaq:

"İzzət Məmmədov bizim komandada məşq etmək üçün özü "Sumqayıt"a müraciət edib. Məşqçilər də onu hazırda əvəzedici heyətlə məşq etdirir. Dekabr ayına qədər yoxlayacaqlar. Əgər ümidləri doğrultsa, yanvarda müqavilə bağlanacaq. Amma klubu ilə məsələsini özü həll etməlidir. İzzət "Yenisey"in futbolçusu sayılır".

Məmmədov 2001-ci ildə Krasnoyarskda anadan olub. "Yenisey"in aşağı yaş qrupları və əsas komandasında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"