"Sumqayıt"ın düşərgəsində nə var, nə yox? - FOTOLAR

2 Oktyabr 2019 09:28 Sumqayıt 644
"Sumqayıt"ın düşərgəsində nə var, nə yox? - FOTOLAR

Premyer Liqanın 6-cı turunda "Qarabağ"la qarşılaşan "Sumqayıt" qısamüddətli istirahətin ardından "Keşlə" ilə oyunun hazırlıqlarına start verib.

Sportinfo.az xəbər verir ki, komanda Ayxan Abbasovun rəhbərliyi altında "Kapital Bank Arena"nın ehtiyat meydançasında məşqə çıxıb.

1,5 saat davam edən hazırlıq prosesi yüngül fiziki hərəkətlər və bəzi toplu çalışmalarla davam edib. Məşqə ikitərəfli oyunla yekun vurulub.

"Sumqayıt" - "Keşlə" qarşılaşması 5 oktyabr, saat 17:00-da "Kapital Bank Arena"da başlayacaq. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti