İsayev naz edir, "Sumqayıt" gözləyir

28 Sentyabr 2019 21:45 Sumqayıt 653
İsayev naz edir, "Sumqayıt" gözləyir

"Sumqayıt" Aleksey İsayevə görə FİFA-ya şikayət etmək fikrindən vaz keçib.

Sportinfo.az-ın məlumatına görə, "kimyaçılar" bir müddət də gözləməyi qərara alıb.

Klub 23 yaşlı yarımmüdafiəçiyə əmək haqqı ödəməsini dayandırıb.

İsayev hazırda Rusiyadadı və yetirməsi olduğu "Yenisey"in düşərgəsində fərdi məşq edir. O, bir neçə dəfə transfer vərəqini geri almaq istəsə də, «Sumqayıt" rəhbərliyi buna razılıq verməyib.

Klub İsayevə 100 min manat təzminat haqqı müəyyənləşdirib. Futbolçunun xidmətində maraqlı olan "Neftçi" və "Yenisey" həmimn məbləği ödəmək istəmir. Hər iki müştəri bu rəqəmi kifayət qədər yüksək sayır.

Onun "Sumqayıt"la müqaviləsi gələn ilin yayınada başa çatacaq. Yarımmüdafiəçi qışadək "kimyaçılar"la ortaq məxrəcə gələ bilməsə, mövsümün sonunadək futbolsuz qalacaq.

Bəlkə də başqa futbolçu olsaydı, "Sumqayıt" rəsmiləri qiymət məsələsində güzəştə gedərdi. Amma İsayevə yox…

Çünki o, həm klubun, həm də AFFA-nın planlarını pozub. İsayev öncə Azərbaycan yığmasının formasını geyinməyə razılaşsa da, sonra bundan imtina edib.

İsayev Slovakiya ilə matçın ikinci hissəsində meydana çıxmaqdan boyun qaçırmaqla, Nikola Yurçeviçi çətin vəziyyətdə buraxıb. Federasiya futbolçunun bu hərəkətinə görə kluba sərt formada narazılıq bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"