"İnanmıram ki, yanvara kimi "Qarabağ" xal itirsin" - MÜSAHİBƏ

28 Sentyabr 2019 14:34 Sumqayıt 727
"İnanmıram ki, yanvara kimi "Qarabağ" xal itirsin" - MÜSAHİBƏ

"Sumqayıt"ın müdafiəçisi Şəhriyar Əliyev Sportinfio.az-a müsahibə verib:

- "Qarabağ"la görüşdə məğlub oldunuz. Komandanın oyununu necə qiymətləndirirsən?
- "Qarabağ”la oyunun ağır olacağını bilirdik. Rəqibin necə güclü olduğundan hər kəs xəbərdardı. Çalışırdıq ki, "Qarabağ"ı əks-hücumda "tutaq". Kiçik səhvlərimizdən istifadə etdilər. Nə imkan düşdüsə, yararlandılar. İBirinci hissənin sonn dəqiqəsində buraxdığımız qol komandaya təsir etdi. İlk yarı 0:0 bitsəydi, ikinci hissə daha maraqlı olardı. “Qarabağ”da yorğunluq hiss olunurdu.

- Oyundan öncə "Qarabağ"dan xal ala biləcəyinizə inanırdınız, yoxsa rəqibin adından çəkinirdiz?
- Baş məşqçimiz göstəriş vermişdi ki, bu cür oynasaq, rəqibdən xal ala bilərik. Çalışdıq ki, “Qarabağ”ı büdrədək. Amma fasilə ərəfəsindəki qol oyunumuza təsir etdi. İkinci hissədə də son dəqiqədə qol buraxdıq. “Qarabağ” kiçik səhvləri bağışlamır.

- "Qarabağ" altı oyunda maksimum xal toplayıb. Səncə, Ağdam klubunu bu mövsüm dayandıran tapılacaq?

- "Qarabağ”ın nəticələri onların necə güclü komanda olduğunu göstərir. Həqiqətən çox yaxşı komandadır. Ola bilər ki, yanvardan sonra digər klublar transfer edər, güclənər. Amma inanmıram ki, yanvara kimi “Qarabağ” xal itirsin.

- "Sumqayıt" bu tur "Keşlə" ilə qarşılaşacaq. Doğma divarlar arasında "Keşlə"ni məğlub edə biləcək gücdəsiz?
- "Qarabağ”dan sonra qapısında ən az qol görən komanda “Keşlə”dir. Müdafiədə etibarlı oynayırlar. Çalışacağıq öz meydanımızda qalib gələk. Həmin qələbə sayəsində turnir cədvəlində irəliləyə bilərik. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirərək qələbə üçün oynayacağıq. “Keşlə”nin ötən mövsümki heyəti ilə indiki arasında çox fərq var. Onlar da yaxşı nəticə qazanmağa çalışacaqlar.

- Turnir cədvəlində 5-ci pillədəsiz. Avrokuboklara yollanmaq şanslarınızı necə qiymətləndirirsən?

- Qarşımıza avrokuboklara vəsiqə məqsədi qoyulmayıb. Amma hamımız yaxşı nəticə qazanmaq istəyirik. İlk dövrənin son oyunu “Keşlə”yə qarşı olacaq. Qələbə qazansaq turnir cədvəlində də yüksələ bilərik. Bunu dərk edirik. İlk dövrəni “üçlük”də başa vurmaq şansımız var.

- Cari mövsüm hər oyunda 90 dəqiqə meydanda olursan. Millinin növbəti toplanışı üçün Nikola Yurçeviçdən dəvət gözləyirsənmi?
- Yığmanın formasını geyinmək hər futbolçunun arzusudur. Həqiqətən millidə oynamaq böyük şərəfdir. Yurçeviç dəvət edərsə, layiqincə oynamağa çalışaram. Öz üzərimə düşəni edirəm. Oyundan-oyuna da artırmağa çalışıram. Amma bu millinin baş məşqçisinin verəcəyi qərardır. O, məni milliyə dəvət etsə, şad olaram.

Mir BAĞIR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti