Ayxan Abbasov: "... futbolçumuza həqarət etmək istəmirəm"

27 Sentyabr 2019 21:13 Sumqayıt 466
Ayxan Abbasov: "... futbolçumuza həqarət etmək istəmirəm"

Azərbaycan Premyer Liqasında VI turun “Qarabağ” – “Sumqayıt” (2:0) matçından sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb. Sportinfo.az xəbər verir ki, o, əvvəlcə məğlubiyyəti şərh edib.

- Futbolçuların əzmkarlığı məni qane etdi. Taktiki baxımdan düzgün oynadıq. Təəssüf ki, ilk hissənin sonundakı səhv bizə baha başa gəldi. İkinci hissəyə bərabərliklə yollansaydıq, daha yaxşı nəticə ola bilərdi. Gənc oyunçularımız belə matçlarda artıracaq. Bu cür rəqibə qarşı oynamaq onların xeyrinədir. İşimiz çoxdur. Mövsümün əvvəlidir. Növbəti oyunlara hazırlaşacağıq.

- Amil Yunanovun əvəzinə Mahir kimi futbolçunuz olsaydı, taktiki baxımdan gözəl oyununuz qolla nəticələnə bilərdimi?

- Hansısa rəqib futbolçu haqda danışıb, öz futbolçumuza həqarət etmək istəmirəm. Əlimizdən olan bunlardı. Belə rəqiblə 1-2 epizod olur. Futbolçuların oyunu üzərinə götürməsi çatmadı bizdə. Olsaydı, daha kəsərli oynaya bilərdik. Sona qədər vuruşacağıq.

Digər Xəbərlər
Xəbər Lenti