"Dedi ki, məni bağışla, bilərəkdən etmədim" - VİDEO+FOTOLAR

26 Sentyabr 2019 19:40 Sumqayıt 585
"Dedi ki, məni bağışla, bilərəkdən etmədim" - VİDEO+FOTOLAR

Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Sabah" matçının (1:0) sonlarında gərgin anlar yaşanıb.

Oyunun sonlarında top meydanı tərk edərkən "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasova tərəf gedib. Qonaqların yarımmüdafiəçisi Rəşad Eyubov topu ondan tez götürüb oyuna daxil etmək istəyərkən mübahisə yaşanıb.

Bu zaman Ayxan Abbasov hisslərinə hakim kəsilməyi bacarıb və meydana daxil olaraq Rəşadla qucaqlaşıb. O, bu addımı ilə vəziyyətin gərginləşməsinə imkan verməyib.

Eyubov etdiyi hərəkətə görə "kimyaçılar"ın çalışdırıcısından üzr istəyib. Bu barədə Sportinfo.az-a danışan Ayxan Abbasov deyib:

"Mən həmin epizodda topu Rəşadın özünə qaytarmaq istəyirdim. Bu an onun qaça-qaça mənə tərəf gəldiyini sezdim.

Odur ki, əlimi yana çəkdim ki, topu götürsün. Rəşad özünü saxlaya bilmədi və əliylə məni arxaya itələdi. Sual verdim ki, sən nə edirsən?

Elə bil, bir anlıq yuxuda idi, qəflətən ayıldı. Rus dilində dedi ki, məni bağışla, bilərəkdən etmədim. Bu sözü bir neçə dəfə təkrar etdi bu sözü. Mən də üstünə getmədim, qucaqladım onu.

Oyundan sonra da bizim paltardəyişmə otağına tərəf gəldi, üzr istədi. Artıq unutmuşam o hadisəni. Oyunun içində olan şeylər elə orada da qalmalıdır".

Digər Xəbərlər
Xəbər Lenti