Tanınmış azərbaycanlı məşqçi: “Mən bura tamadalıq etməyə gəlmişəm” - VİDEO

5 Fevral 08:20 Sumqayıt 666
Tanınmış azərbaycanlı məşqçi: “Mən bura tamadalıq etməyə gəlmişəm” - VİDEO

“Oyunu sırf uşaqlar uddu, mənim xəbərim yoxdur”.

Sportinfo.az xəbər verir ki, bunu “Sumqayıt"ın baş məşqçisi Samir Abbasov Azərbaycan Premyer Liqasının 21-ci turunda “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O bildirib ki, matça futbolçuların özləri hazırlaşıblar və deyiblər ki, oyunu özümüz çıxaracağıq:

“Mən bura sadəcə tamadalıq etməyə gəlmişəm. Azarkeşlərə təşəkkür edirəm ki, bu atmosferi bizə yaşatdılar. Hər iki komandanın azarkeşləri futbol oyununun ritmini saxladılar.

Bu gün komanda ən yaxşısını edir. Azarkeşlərin stadiona gəlməsi bizə stimul verir.

Onlar gəlsin ki, bizim də işimiz yüngülləşsin. Hansısa futbolçunu komandaya dəvət edəndə, tribunalara baxır.

Oynamaq bizdən, tirbunaları doldurmaq azarkeşlərdən. Sumqayıt idman şəhəridir.

“Məşqçi filan şey etdi, futbolçu niyə vurmadı” sözlərini gəlib stadionda desinlər”.

Digər Xəbərlər
Xəbər Lenti