"Azərbaycanda oynamaqdan həzz alıram" - Yarımçıq MÜSAHİBƏ

23 Sentyabr 2019 20:40 Sumqayıt 765
"Azərbaycanda oynamaqdan həzz alıram" - Yarımçıq MÜSAHİBƏ

"Sumqayıt"ın yarımmüdafiəçisi Əmir Ağayev Sportinfo.az-a müsahibə verib.

- Qışda sizinlə birlikdə "Sumqayıt"a keçən Əli Babayev ötən mövsümün sonunda komandadan ayrıldı. Yaxın dost olduğunuzu bilirik. Onun gedişinin əsl səbəbini bəlkə siz açıqlayasız...

- Mən də dəqiq bilmirəm. Amma yəqin ki, ailə məsələsinə görə burda qalmadı və İsrailə qayıtdı.

- Bəs siz Azərbaycanda özünüzü necə hiss edirsiz? Burada yaşamaq, futbol oynamaq rahatdır?

- Açığı, burada özümü əla hiss edirəm. Hər şey xoşuma gəlir. Azərbaycanda futbol oynamaqdan həzz alıram.

- İsrail və Azərbaycan bir çox cəhətdən fərqli ölkələrdir. Bu mənada yeni gələndə adaptasiya problemi yaşamadın?

- Xeyr, ciddi problemlə üzləşmədim. Xırda çətinliklər oldu ki, bunu da klubum yoluna qoydu. Mənə yaxından köməklik göstərdi.

- Sumqayıtda qalırsız?

- Xeyr, ailəmlə birlikdə Bakıda yaşayıram.

- Komanda yoldaşlarınız, məşqçilərinizlə necə ünsiyyət saxlayırsız? Dili bilməməyiniz çətinlik yaradır?

- Bəzi futbolçular və köməkçi məşqçi ingilis dilini bilir. Onlar lazım olan hər şeyi mənə tərcümə edirlər.

- "Sumqayıt"da iranlı futbolçular da çıxış edir. Ümumiyyətlə, Peyman Babayi, Mehdi Şərifi ilə münasibətləriniz necədir?

- Biz çox yaxşı dostuq. Heç bir problem yoxdur.

- Yəni deyirsiz ki, İran və İsrail arasındakı siyasi gərginliyin münasibətlərinizə heç bir mənfi təsiri yoxdur?

- Əlbəttə ki, yox. Biz ümumiyyətlə siyasətlə maraqlanmırıq.

- Azərbaycanla hər hansı bağınız, əlaqəniz var?

- Ailəm burada anadan olub.

Qeyd edək ki, sonuncu sualdan sonra Ağayev klubun danışmağa icazə vermədiyini söyləyərək, digər suallarımıza cavab vermədin imtina etdi: "Dostum, üzrlü say, danışa bilmərəm. Çünki klub icazə vermir".

Elnur SALAHOV

Xəbər Lenti