"Qarabağ"dan da xal almağa çalışacağıq"

21 Sentyabr 2019 20:22 Sumqayıt 675
"Qarabağ"dan da xal almağa çalışacağıq"

"Oyun çətin alındı. Hamımız qələbə qazanmaq istəyirdik. Külək də bizə mane olurdu. Bütün gücümüzlə oynadıq. Ona görə də qalib gəldik. Düşünürəm ki, qələbəyə layiq idik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın müdafiəçisi Sertan Taşkın Premyer Liqanın V turunda evdə "Sabah"ı minimal hesabla məğlub etdikləri oyundan sonra deyib. Komandasına qələbə qazandıran qolun müəllifi olan futbolçu fərqləndiyi epizodu şərh edib:

"Ondan əvvəl də fürsətlərim oldu. Amma vura bilmədim. Amma hiss edirdim ki, bu gün alınacaq. Ona görə axıra kimi oynadım. Şükürlər olsun ki, sonda bacardım".

Sərtan hər oyunda qol buraxmamaq barədə düşündüklərini bildirib: "Sən vurmayanda, sənə qol vururlar. "Zirə" ilə oyunda belə olmuşdu. Hər matçda bunu fikirləşirik. Bu dəfə kompakt oynadığımızdan qol buraxmadıq. Vəziyyəti özümüz düzəldə bilərik. İnanıram ki, digər oyunlara da belə hazırlaşsaq, hər şey yaxşı olacaq".

Müdafiəçi növbəti turda "Qarabağ"la keçirəcəkləri oyuna da toxuub: "Qarabağ"dan da xal almağa çalışacağıq. Əlbəttə ki, güclü komandadır. Buna baxmayaraq, öz oyunumuzu oynamağa çalışacağıq, sonadək döyüşəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti