Ayxan Abbasov: "Mən bura gələndə kiməsə Avroliqaya vəsiqə vədi verməmişəm"

21 Sentyabr 2019 19:55 Sumqayıt 1 391
Ayxan Abbasov: "Mən bura gələndə kiməsə Avroliqaya vəsiqə vədi verməmişəm"

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının V turunda "Sabah"a evdə 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra mətbuat konfransı keçirib. Sportinfo.az.az xəbər verir ki, gənc mütəxəssis öncə görüşü dəyərləndirib.

- Öncə bu cür soyuq havada bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək buraxmadılar, onlara ehtiyacımız var idi. Əsl azarkeş olduqlarını nümayiş etdirdilər. Digər tərəfdən, futbolçularımıza təşəkkür edirəm. Önəmli həftə idi. Haqsız xal itkiləri olmasaydı, bu gün bəlkə başqa yerdə ola bilərdik. Futboçularda o inamı, istəyi görürdüm. Yaxşı qalibiyyət oldu. Hava şəraitnə baxmayaraq, komandamız yaxşı, istəkli oyunla 3 xalı qazandı. Elə komandayıq ki, bizim üçün çətin olacaq. Qarşımza şərt qoyulub ki, gənc futbolçulara şans vermək, onları yetişdirmək lazımdır. Bunun üzərində üzərində çalışırıq. Digər klublardan fərqli, bizdə oyunçu seçimi azdı. Sabah məğlubiyyət ola bilər, onda günahkar mən olacam. Ancaq söz verirəm ki, "Sumqayıt" əzmkar komanda olacaq. Mən bura gələndə kiməsə Avroliqaya vəsiqə vədi verməmişəm.

- Rəqibə qarşı oynamaq çətin idi, yoxsa küləyə?

- Sumqayıtda bu havaya öyrəşmişik, birinci dəfə deyil. Bizi sevindirən odur ki, ikinci hisəsə küləyə qarşı oynayanda, bu dəfə uduzmadıq. Ancaq bunadək "Neftçi" və "Səbail"lə matçlarda ilk hissədə üstün olsaq da, ikinci hissədə buraxdığımız qolla yenilmişdik. Bunu nəzərə alaraq, futbolçularımıza fasilədən sonra hücum etməyi tapşırmışdım. Belə çətin şəraitdə olsa belə, 4-5 qol imkanımız oldu. Rəqiblə də mübarizə apardıq. küləklə də. "Sabah"ın da durumu bəllidi. Onlara da qələbə lazım idi ki, bu da bizə çətinlik yaradırdı.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!