"Krivotsyuk bir də azərbaycanlı futbolçulara o cür hərəkət etməz"

18 Sentyabr 2019 13:25 Sumqayıt 440
"Krivotsyuk bir də azərbaycanlı futbolçulara o cür hərəkət etməz"

“Zirə”yə məğlubiyyətin bizim üçün ağır zərbə olduğunu deməzdim. Amma evdə gözləmədiyimiz halda xallar itirdik. 100 faizli qol imkanlarından istifadə edə bilmədik deyə uduzduq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov deyib.

"Kimyaçılar"ın müdafiəçisi həm “Zirə” ilə oyunda, həm də digər görüşlərdə baş verən hakim səhvləri barədə də danışıb: "Bir şeyə üzgünəm ki, komandama kömək edə bilmədim. Hakimlərin səhvləri gənc olmaları ilə bağllıdır. Ümid ediuirəm ki, bundan sonra hakimlərə görə xallar itirmərik”.

Qarşıdakı turda “Sabah”la qarşılaşacaq “Sumqayıt” meydana qələbə üçün çıxacaq. Hər halda Hüseynov belə deyir: “Rəqibimiz güclüdür. Baş məşqçiləri istefa versə də, onlar bizimlə oyuna qələbə üçün gələcəklər. Biz də evdə oynayırıq, fikrimiz ancaq qələbə qazanmaqdır. Bu çətin vəziyyətdən çıxacağıq. Fikrimiz ancaq “Sabah”la oyuna və bu durumdan çıxmağa yönəlib".

Vurğun Hüseynov "Neftçi" ilə oyun zamanı Anton Krivotsyukla aralarında olan insidenti də xatırlayıb:

"Krivotsyuk bir də azərbaycanlı futbolçular tərəfə dönüb o cür hərəkət etməz. "Neftçi"də olan təcrübəli futbolçularla danışdım, hər şey yoluna qoyuldu".

Digər Xəbərlər
Xəbər Lenti