"Sumqayıt" "Qarabağ"dan kimi icarəyə götürdü? - FOTO

13 Sentyabr 2019 23:25 Sumqayıt 313
"Sumqayıt" "Qarabağ"dan kimi icarəyə götürdü? - FOTO

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Qarabağ"ın qapıçısı Nicat Mehbalıyevi icarəyə götürüb.

Mövsümün sonuna qədər "Sumqayıt"ın uğurları üçün çalışacaq gənc futbolçu 12 nömrəli formada çıxış edəcək.

Peşəkar karyerası ərzində yalnız "Qarabağ"da çıxış edən Nicat Mehbalıyev Azərbaycanın U-17, U-19 (6 oyun) və U-21 millilərinə də çağırılıb.

Digər Xəbərlər
Xəbər Lenti