“Neftçi”yə görə hamısını aldılar - Satış bazarı bağlandı

4 Fevral 2024 11:30 Sumqayıt 1 513
“Neftçi”yə görə hamısını aldılar - Satış bazarı bağlandı

Azərbaycan Premyer Liqasının XXI turunda keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu üçün bütün biletlər satılıb.

Sportinfo.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra oynanılacaq ilk görüş üçün satışa çıxarılmış 8800 biletin hamısı alınıb.

Bu isə o deməkdir ki, 9000-ə yaxın tamaşaçı tutumuna malik arenada 2023-2024-cü illər mövsümünün azarkeş rekordu qeydə alınacaq.

Bu gün keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 15:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM