"Ciddi bir yenilik olsa, yəqin ki, mənim də bundan xəbərim olar"

16 Fevral 14:00 Sumqayıt 1 665
"Ciddi bir yenilik olsa, yəqin ki, mənim də bundan xəbərim olar"

«Kluba təklif olunan bir neçə legioner var, amma yekun qərar hələ yoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev söyləyib.

«Kimyaçılar» 2024-cü ilə yeni transfer etmədən start verən yeganə kubdur. Premyer Liqanın digər iştirakçılarından fərqli olaraq, «gənclik şəhəri» təmsilçisi heyətini gücləndirmək istiqamətində heç bir addım atmayıb.

Bu hal ən çox Samir Abasou qayğılandırır.

Baş məşqçi son açıqlamalarında dönə-dönə bildirib ki, komandanın uğurlu çıxışı yarımçıq dayansa, səbəbi futbolçu bazarında hərəkətsiz qalmalarıyla bağlı olacaq.

O, həmçinin qeyd edib ki, hazırda 2-3 əcnəbi oyunçunun videolarını nəzərdən keçirir.

Görəsən, bu susqunluq nə vaxt pozulacaq? Z.Xudiyevi dinləyək:

«Vəziyyət Samir Abasovun mətbuat konfransında açıqladığı kimi qalıb. Mətbuatda Bolqarıstandan afrikalı vinger gətirəcəyimiz haqda xəbərlər yayılıb.

Hələ sakitlikdir. Ciddi bir yenilik olsaydı, yəqin ki, mənim də xəbərim olardı.

Gözləmək lazımdır. İstənilən halda kimisə gətirəsi olsaq, azad agent statusu daşıyacaq».

Digər Xəbərlər
Xəbər Lenti