Samir Abasovu tək qoyub qaçdılar - Hissə qapılan rəhbərlik və 2 manatlıq…

2 Mart 15:00 Sumqayıt 2 255
Samir Abasovu tək qoyub qaçdılar - Hissə qapılan rəhbərlik və 2 manatlıq…

Samir Abasovun ayyarım öncə etdiyi dönəmdəyik, deyəsən.

O, yeni transferlər istəmişdi.

Bir vinger, bir hücumçu istəmişdi.

Demişdi ki, üzərinə barmaq tuşladığı legionerlər alınsa, medallar uğrunda mübarizədən qopmayacaqlar.

Eyni zamanda demişdi ki, axtardığı mövqelərə kimlərisə gətirmək mümkün olmasa, ondan inciməsinlər.

Samir Abasov rəhbərliyi nişan vermişdi. O rəhbərliyi ki son ana kimi əlini ağdan-qaraya vurmadı, yalnız bugünlərdə Ekvadordan birini tapıb komandanın gözünə qatdı.

Cordan Rezabala isə hələ hazır deyil, bala-bala forma yığacaq.

Üç turdur «Sumqayıt» qələbəyə möhtacdır. Sən Erik Sorqaya ümid ola bilməzsən.

İldə 1-2 qol vurar, ya vurmaz. Əsl «yamaq»dır.

Kasemir Ninqa da öz aləmindədir, oyun seçir. Kefi istəyəndə meydanda can qoyur, kefi istəməyəndə də Samir Abasovun üzünə baxır.

«Sumqayıt» yeni istifadəyə verilən «mehdi Hüseynzadə»də üçüncü oyununu

«Kəpəz»ə qarşı keçirdi. 10 minlik stadionun 10/1 hissəsi dolmadı.

Sumqayıt camaatı ötən həftə olduğu kimi, yenə doğma şəhərinin komandasını tək buraxmadı.

Dostlar məndən inciməsin, bir də Sumqayıtı harada gəldi «futbol şəhəri» adlandırmasınlar. Sumqayıt futbol şəhəri deyil, olubsa da, əvvəl olub, indi burada ondan əsər-əlamət qalmayıb.

Bəzən öz aramızda danışırıq, səsləndirdiyi fikirlərə görə Samir Abasovu məzəmmət edirik, «asıb-kəsirik», ancaq..

Bu mövzuda dünən nə söylədisə, mən onunla ikiəlli razıyam. Sumqayıt futbol şəhəri olmaqdan çıxıb, balacalaşıb, dönüb olub Hissin, Murad Arifin şəhəri.

«Sumqayıt» ötən gün bilavastə şəhər əhlinin biganə münasibəti ucbatından məğlubiyyət aldı. Oyundan oyuna fərq var da

. Elə oyun var ki, onu futbolçu özü qazanır.

Elə oyun var ki, onu baş məşqçi qazanır.

Elə oyun var ki, onu rəhbərlik qazanır.

Elə oyun da var ki, onu azarkeş qazanır.

Dünənki oyun da o oyunlar sırasına daxil idi, Sumqayıt azakeşi öz üzərinə düşən işi görmədi.

İki manatlıq biletə görə Samir Abasovu və komandalarını tək buraxdılar.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti