COP29

Nə sirr-xudadır bu? - O, "Qarabağ"ın futbolçularının gözünə dəyməyəndə…

30 Aprel 11:40 Sumqayıt 1 490
Nə sirr-xudadır bu? - O, "Qarabağ"ın futbolçularının gözünə dəyməyəndə…

Xəyal Fərzullayev…

Bu ad-soyadı eşidən olmuşdu? Sizi bilmirəm, mən eşitməmişdim.

İlk dəfə «Qarabağ»la oyunda gördüm və gördüklərim məndə fərqli hisslər yaratdı.

Həmin gün Samir Abasov stadionda deyildi, texniki zonada əyləşməmişdi. O, həmin gün Azərbaycanda da deyildi, uzaq İspaniyada, «Barselona»nın düşərgəsində idi.

Heç şübhəm yoxdur ki, köməkçiləri komandanı onunla tərtib etdiyi plan əsasında hazırlayıb.

Heyəti, taktkikanı da Abasovla razılaşdırıblar. Və demək: 2005-cü il təvəllüdlü gəncin «çərçivə» önünə keçməsi də onun qərarıdır.

Samir Abasovun cəsarətli biri olmasını bilirdim. Ancaq etiraf edirəm: bu qədər risk edəcəyi ağlımın ucundan keçməzdi.

Samir Abasovun planı tutdu. Bəlkə də Xəyalın ailə üzvlərinin, qohumlarının, digər yaxınlarının etdiyi duaların nəticəsi idi ki, «Qarabağ» qol vura bilmədi.

Fərqlənmək üçün bir xeyli epizod yaxalayan «Qarabağ» bu imkanların hamısını qaçırdı, beləcə, 30 oyunluq qol seriyası qırıldı.

Daha bir maraqlı məqam: Samir Abasov olanda «Qarabağ» çox vaxt «Sumqayıt»ı böyük hesabla udub. O, işinin başında dayansaydı, yəqin ki, eyni hadisə təkrarlanacaqdı.

Nə hikmətdirsə, Abasovun texniki zonada görünməsi «Qarabağ»ın futbolçularını daha çox qıcıqlandırır, qol vurmaq yanğısını artırır.

Yarızarafat, yarıciddi mən ümumiyyətlə, təklif edirəm: Samir Abasov gələn mövsüm «Qarabağ»la keçiriləcək oyunları da televizor/telefon vasitəsilə izləsin, ayağını stadiona basmasın, o saatlarda gözə dəyməsin.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
20 May 08:50 Mahir döndü - VİDEO