Futbolçuları təhdid etmək, sərt dillə danışmaq - Zamanı deyil

18 Aprel 2023 11:20 Sumqayıt 939
Futbolçuları təhdid etmək, sərt dillə danışmaq - Zamanı deyil

«Sumqayıt» Şamaxıda məğlub olsaydı, turnir cədvəlində mövqe dəyişikliyi baş verəcəkdi.

«Şamaxı» onların üstünə qalxacaqdı.

Gərək ki, Samir Abasov 1 xaldan narazı qalmayıb.

Niyə qalsın ki, sezonun sonuna doğru qazanılan hər xal qızıldan qiymətlidir. Yeni ildə alınan legionerlər «Sumqayıt»ı döyüşkən edib.

İndi maraqlı futbol oynayırlar. Heç bir matça məğlub psixologiyası ilə çıxmır mübarizə əzmi sərgiləyirlər.

Statistikanı nəzərdən keçirək, görəcəyik ki, «Sumqayıt» qol epizodları yaratmaqda da ilk vaxtlardakı kimi çətinlik çəkmir.

Hər oyunda fərqlənmək üçün 2-3 imkan əldə edirlər. Problem ələ düşən fürsətlərin dəyərləndirilmə faizinin aşağı olmasındadır.

Mənə elə gəlir ki, Samir Abasov sərəncamındakı hücumçuların əksəriyyəti ilə uzun yola çıxmayacaq, mayın sonunda onlarla əməkdaşlığı dayandıracaq.

Kamran Əliyev xaricində digərlərinin baş məşqçinin növbəti mövsümlə bağlı planlarına daxil olmadığını fikirləşirəm.

Şamaxıda 3 xal qazanlısaydı, «Sumqayıt»ın narahatlığı böyük ölçüdə azalacaq, qarşıdakı turlara rahat tədarük görəcəkdi.

Abasovun mövcud vəziyyəti düzgün qiymətləndirəcəyinə inanıram. Bu aralar düşərgədəki sakitliyi qoruması vacibdir.

Futbolçuları təhdid etməyin, sərt dillə danışmağın zamanı deyil.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti