Estoniyalı forvard "Sumqayıt"ı "Ərzurumspor"un əlindən ala bilmədi - FOTO

27 İyul 2023 02:30 Sumqayıt 1 794
Estoniyalı forvard "Sumqayıt"ı "Ərzurumspor"un əlindən ala bilmədi - FOTO

2023/24 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" qardaş ölkədə son yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Samir Abasovun komandası Türkiyənin 1-ci liqa təmsilçisi "Ərzurumspor"la üz-üzə gəlib.

"Yüksek İrtifa" məşq mərkəzinin stadionunda baş tutan görüş matç "Ərzurumspor"un 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sumqayıt"ın hər üç qolunun müəllifi estoniyalı yeni transfer Erik Sorqa olub.

Bu, "Sumqayıt"ın Ərzurumdakı 2-ci və sonuncu oyunudur. Komanda ilk görüşündə Superliqa təmsilçisi "Sivasspor"a uduzub - 0:1.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə