Sumqayıtdakı (a)VAR(alar)

13 Aprel 16:05 Sumqayıt 1 412
Sumqayıtdakı (a)VAR(alar)

Liderlər qrupunu yaxından maraqlandıran qarşılaşma Sumqayıtda keçirildi.

Burada iki fərqli hissə oynanıldı.

Samir Abasovun çalışdırdığı ev komandası ilk yarıda doğma publika önündə çıxış etməsini xatırlaya bilmədi. Bu hiss yalnız fasilədən sonra onlara qayıtdı.

Onda da gec deyildi, amma… Lap gec idi.

«Sumqayıt»ın ikinci hissədə böyük qüvvə ilə hücuma çıxacağını düşünən Rəşad Sadıqovun təxminləri tutdu: «Zirə» diqqəti müdafiəyə yönəltməklə, zonaları bağlamaqla «Sumqayıt»ı əks-hücumlarda yaxalamaq taktikası seçdi.

«Sumqayıt» bu bölümdə 2-3 fürsət yaxaladı, bunları da yüzdəyüz qol epizodu saymaq olmaz.

Məni təəccübləndirən Tural Qurbanovun 1 saat 5 dəqiqədən sonra VAR-a çağırılmasıdır.

Əllərini arxasında gizlədən Ruan Renatonun qolunun yuxarı hissəsinə dəymiş topa görə VAR otağında əyləşən (a)VAR(a) hakimlərin meydandakı əsas «fit sahibi»nə «gəl, özün epizoda bax» deməsinə heyrət etdim.

Burada nə var axı, şübhəyə düş, oyunu dayandır.

Qurbanovun VAR kamerası önündə bir neçə dəqiqə ləngiməsinə qətiyyən lüzum yox idi. Bu yersiz müdaxilə hadisə qarşılaşmanın havasını soyutdu.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU