COP29

”Bu cür yerdə ”Qarabağ” üzərində qələbə qazanmaq lap gözəldir”

30 Aprel 20:20 Sumqayıt 426
”Bu cür yerdə ”Qarabağ” üzərində qələbə qazanmaq lap gözəldir”

“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm.

Stadionda möhtəşəm atmosfer yaratmışdılar.

Bu cür dəstəyin qarşısında oynamaq ikiqat xoşdur. Qələbə qazanmaq isə lap gözəldir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın müdafiəçisi Murad Xaçayev Premyer Liqanın 32-ci turunda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, Ağdam təmsilçisinin əsas heyətinə qalib gəlməyin daha xoş olduğunu bildirib:

“Hamı “Qarabağ”ın hansı gücə malik olduğunu bilir. Onların avrokuboklarda necə inamlı təsir bağışladığını hər kəs görüb.

Rəqibin əsas heyətinə qarşı oynamaq maraqlı idi. Ona görə də qalib gəlmək çox xoşdur”.

Digər Xəbərlər
Xəbər Lenti