COP29

"Qarabağ"a görə müraciət etdilər

28 Aprel 16:45 Sumqayıt 599
"Qarabağ"a görə müraciət etdilər

"Sumqayıt" klubu "Qarabağ"a qarşı keçirəcəkləri Premyer Liqanın XXXII tur oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

Sportinfo.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Sözügedən qarşılaşmaya maraq böyük olduğu üçün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun tam dolacağı bildirilib:

"Stadion ərazisinə giriş bir istiqamətdən – kassanın yanından 6 bilet yoxlanış nöqtəsindən həyata keçiriləcək. Sizdən xahiş edirik ki, yoxlanışdan keçib stadion ərazisinə daxil olduqdan sonra biletin üzərində yazılmış sektora uyğun qapıya yaxınlaşasınız.

Bu, həm sizin, həm də təhlükəsizlik yoxlanışı aparan əməkdaşların işini asanlaşdıracaq. Sektorları tapmaq üçün ərazidəki könüllülərə müraciət edə bilərsiniz. Qapılar saat 18:30-dan etibarən açılacaq".

"Sumqayıt" - "Qarabağ" matçı aprelin 28-də, saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti