COP29

"Mən olmayanda komandam "Qarabağ"ı udur" – MARAQLI ETİRAF

28 Aprel 11:05 Sumqayıt 1 995
"Mən olmayanda komandam "Qarabağ"ı udur" – MARAQLI ETİRAF

Bilindiyi kimi, «Sumqayıt»ın baş məşqçisi Samir Abasov hazırda Azərbaycanda deyil.

«Kimyaçılar» bu gün Premyer Liqanın 32-ci turu çərçivəsində «Qarabağ»ı qəbul edəcək və komanda meydana onsuz çıxacaq.

Bir həftədir İspaniyada - «Barselona»nın düşərgəsində olan mütəxəssis yalnız gələn həftə geri dönəcək.

Təcrübə toplamaq üçün Katoloniyaya səfər edən Abasovu «Qarabağ»la matçda köməkçisi Seymur Rəhimov əvəzləyəcək.

O, bununla bağlı klub funksionerlərinə maraqlı fikir söyləyib: «Mən burada olmayanda komandamız «Qarabağ»a qarşı yaxşı oynayır və qələbə qazanır».

Abasov bunu havadan deməyib. Beş il öncə d İspaniyaya yollanmış məşqçi həmin vaxt Madrid «Atletiko»sunda təcrübə toplamışdı.

Onda Sumqayıta səfər «Qarabağ»ın 1:2 hesablı məğlubiyyəti ilə bitmişdi. Abasov məhz o qarşılaşmanı nəzərdə tutaraq, kollektivi yenidən Rəhimova tapşırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!