Əcnəbi forvard "Qarabağ"dan öncə vəd verməyə ehtiyat etdi

26 Aprel 21:20 Sumqayıt 3 081
Əcnəbi forvard "Qarabağ"dan öncə vəd verməyə ehtiyat etdi

"Sumqayıt"ın forvardı Erik Sorqa Sportinfo.az-a açıqlama verib.

Estoniyalı hücumçu Premyer Liqanın 32-ci turunda üz-üzə gələcəkləri "Qarabağ"la oyun barədə danşıb:

“Qarabağ”la oyunlar hər zaman çətin oyunlardan biri hesab olunur. Çempion olmalarına baxmayaraq, onlara qarşı oynamaq asan olmayacaq, amma əlimizdən gələni etməyə çalışacağıq".

24 yaşlı əcnəbi oyunçu arxada qalan 31 turda 4 dəfə fərqlənməyi bacarıb. Onun vurduğu qollar arasında ən baxımlısı məhz Ağdam təmsilçisinin qapısından keçirdiyi qol olub.

Erik "növbəti baxımlı qol üçün azarkeşlərə söz verirsənmi" sualına belə cavab verib:

"Növbəti dəfə baxımlı qol vuracağımla bağlı vəd vermək çox böyük sözdür. Sadəcə məqsədlərimizə çatmaq üçün komandama kömək etmək istəyirəm

. Bu yolda əlimdən gələn hər şeyi edəcəyəm".,

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti