Azərbaycanlı baş məşqçi məşhur klubun düşərgəsində - FOTOLAR

27 Aprel 2024 00:40 Sumqayıt 985
Azərbaycanlı baş məşqçi məşhur klubun düşərgəsində - FOTOLAR

"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun "Barselona"da təcrübə proqramı davam edir.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, proqram çərçivəsində "Barselona" Akademiyasının - "La Masiya"nın Fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşən mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub.

Samir Abasov səfər çərçivəsində, həmçinin, "Barselona" B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb.

"Kimyaçılar"ın çalışdırıcısı ötən gün əsas komandanın məşqini izləyib və "Barselona" klubunun prezidenti Xuan Laporta ilə də görüşüb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM